Litvada dron şübhəsi ilə əlaqədar həyəcan siqnalı verilib, qırıcılar havaya qaldırılıb
sizinxeber.az xəbər saytı

Litvada dron şübhəsi ilə əlaqədar həyəcan siqnalı verilib, qırıcılar havaya qaldırılıb


Litva Vilnüs sakinlərini ölkənin hava məkanına dronun daxil olması ehtimalı barədə xəbərdar edib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə LRT yazır.

Bu səbəbdən Vilnüsdə qısamüddətli həyəcan siqnalı verilib və NATO qırıcıları havaya qaldırılıb.

Bundan bir qədər sonra həyəcan siqnalı ləğv edilib – məlum olub ki, bu, Belarusdan Litva ərazisinə daxil olan meteoroloji aerostat olub.

"Obyekt dron deyil, meteoroloji aerostat kimi müəyyən edilib, buna görə də sakinlər hava təhlükəsinin aradan qaldırıldığı barədə məlumatlandırılıb. Lakin onların sayıq olması tövsiyə olunur, çünki belə obyektlər yenidən peyda ola bilər", – Böhranların İdarə edilməsi üzrə Milli Mərkəzin rəhbəri Vilmantas Vitkauskas bildirib.

Oxşar xəbərlər

Yaponiya Rusiya kəşfiyyat təyyarəsinə görə qırıcıları havaya qaldırıb
Rumıniya PUA tərəfindən hava məkanının pozulduğunu bildirib
Litva NATO-dan ərazisinə dron əleyhinə sistemlər yerləşdirməyi xahiş edir
Rusiya təyyarəsi qəza siqnalı verdi
İsrailin şimalında hava həyəcanı siqnalı verilib, iki PUA vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər