TDT xarici investorlar üçün vahid rəqabət mühiti formalaşdırmağı planlaşdırır
sizinxeber.az xəbər saytı

TDT xarici investorlar üçün vahid rəqabət mühiti formalaşdırmağı planlaşdırır


Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələr xarici investorlar üçün ortaq rəqabət standartlarının formalaşdırılması perspektivlərini araşdırırlar.

"Sizinxeber.az"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukajan "Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu" çərçivəsində bildirib.

Onun fikrincə, bu məsələ perspektivdə üzərində iş aparıla biləcək əsas istiqamətlərdən birini təşkil edir.

"Türk İnvestisiya Fondunun öz fəaliyyətinə start verməsi investisiya sahəsində əməkdaşlığın keyfiyyətcə yeni pilləyə yüksəldiyini nümayiş etdirir. Fondun 600 milyon ABŞ dolları məbləğində kapitala sahib olması investisiya mühitinin harmonizasiyası ilə əlaqədar müzakirələri daha da aktual edir. Üzv dövlətlərin müxtəlif coğrafi regionlarda yerləşməsi və bir-birindən fərqlənən iqtisadi-hüquqi sistemlərə malik olması nəzərə alınmaqla, bu proses pilləli qaydada reallaşdırıla bilər", - M. Mukajan qeyd edib.

Oxşar xəbərlər

Merey Mukajan: "TDT-yə üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələri mövcud potensiala uyğun deyil"
Elnur Bağırov: "Türk dövlətləri rəqabət siyasətində koordinasiyanı gücləndirməlidir"
Qırğızıstan TDT ölkələrini transsərhəd kartellərə qarşı əməkdaşlığı genişləndirməyə çağırıb
Özbəkistan TDT üzv ölkələrinin rəqabət orqanları üçün vahid metodologiyanın hazırlanmasını təklif edib
Şuşada TDT-nin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər