Bərdə Pambıq İstehsalı və Emalı Zavodunda yanğın-taktiki təlimi keçirilib
sizinxeber.az xəbər saytı

Bərdə Pambıq İstehsalı və Emalı Zavodunda yanğın-taktiki təlimi keçirilib


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə “Azərpambıq ASK” MMC-nin Bərdə Pambıq İstehsalı və Emalı Zavodunda “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda yanğın-taktiki təlim keçirilib.

Nazirliyin Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd zavodun kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.

Təlimin nəzəri hissəsində zavodun kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Bərdə, Yevlax, Ağdam və Tərtər rayon Yanğından Mühafizə hissələrinə məxsus qüvvə və vasitələr “yanğın yerinə” operativ qaydada çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş ərazidə təxliyə planına uyğun olaraq işçilərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”, “yanğın qısa müddətdə söndürülüb”.

Təlimə ümumilikdə 25 nəfərdən ibarət şəxsi heyət və 5 ədəd texnika cəlb edilib.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər

FHN Lənkəranda yanğın-taktiki təlim keçirib - VİDEO
FHN “Gənclik Mall”da təlim keçirib - VİDEO
Ucar xəstəxanasında fövqəladə hallarda davranış qaydaları ilə bağlı təlim keçirilib - VİDEO
FHN Gəncə Müalicə Diaqnostika Mərkəzində təlim keçirib - VİDEO
FHN Bakı Türk Anadolu Liseyində təlim keçirib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər