"Apple" məhsullarının qiymətlərini artırmağı planlaşdırır
"Apple"ın icraçı direktoru Tim Kuk şirkət məhsullarının qiymətlərinin artırılması planlarını açıqlayıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə o, "The Wall Street Journal" (WSJ) qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu addım yaddaş mikrosxemlərinin və qurğularının dəyərinin kəskin artması ilə əlaqədardır.
"Təəssüf ki, qiymət artımı qaçılmazdır. Biz onu yumşaltmaq və müştərilərimizi qorumaq üçün əlimizdən gələni edirik, lakin vəziyyət dayanıqsız hala gəlib", - Kuk qeyd edib.
O bahalaşa biləcək cihazların siyahısını və tarixlərini dəqiqləşdirməyib. Nəşrin məlumatına görə, "Apple" məhsullarının növbəti böyük təqdimatının şirkətin "iPhone 18" seriyasını nümayiş etdirə biləcəyi sentyabr ayında olması gözlənilir.
WSJ qeyd edib ki, yaddaş mikrosxemləri smartfon və noutbuklardan tutmuş, avtomobil və tibbi avadanlıqlara qədər əksər müasir cihazlarda istifadə olunur.
Kuk həmçinin bildirib ki, "Apple" yaddaş mikrosxemlərinin tədarükünü artırmaq üçün öz pul ehtiyatlarından istifadə etməyə hazırdır.
Oxşar xəbərlər
Apple smartfon və saat istehsalını qismən ABŞ-yə köçürür
Yeni "iPhone 16", "Apple Watch 10" və "AirPods 4" təqdim olundu
Fransa “Apple” şirkətini 150 milyon avro cərimələyib
KİV: Trampın tarifləri "Apple" şirkətinə təxminən 2 milyard dollara başa gələ bilər
"Apple" yeni məhsullarının təqdimatını keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
