Moskva istiqamətində uçan 9 Ukrayna PUA-sı vurulub - YENİLƏNİB
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskva istiqamətində uçan daha dörd pilotsuz uçuş aparatını məhv edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin bildirib.
Qeyd edək ki, Moskva meri Rusiya paytaxtı istiqamətində uçan 5 Ukrayna PUA-sının vurulduğunu açıqlamışdı.
***
01:57
Rusiya paytaxtına PUA hücumu olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri Moskva istiqamətində uçan beş pilotsuz uçuş aparatının hücumunu dəf edib.
Mer Ukrayna PUA-larının düşdüyü yerdə təcili xidmətlərin işlədiyini bildirib.
Rosaviasiya PUA hücumu ilə əlaqdar Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb
Oxşar xəbərlər
Moskva istiqamətində uçan 6 Ukrayna PUA-sı vurulub - YENİLƏNİB
Moskvaya uçan dörd PUA Podolskda vurulub
Ukrayna Moskvaya kütləvi dron hücumu edib, 32 PUA vurulub
Moskva meri şəhərə doğru uçan 32 dronun məhv edildiyini açıqlayıb
Sobyanin Moskvaya doğru uçan 25 pilotsuz təyyarənin məhv edildiyini açıqlayıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
