Ukrayna Moskvaya kütləvi dron hücumu edib, 32 PUA vurulub
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu həyata keçirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya rəsmiləri Moskvaya sorğuya cavab olaraq uçan 32 pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb.
Moskva Pmeri Sergey Sobyaninin Telegram kanalında hava hücumundan müdafiə sistemlərinin Ukrayna PUA-larının Moskvaya kütləvi hücumunun qarşısını aldığını yazıb.
“Daha yeddi PUA Moskva vilayətinin Domodedovo, Ramenskoye və Kolomna şəhərlərinə vurulub. İndiyədək Moskvaya doğru uçan 32 pilotsuz uçuş aparatı məhv edilib”, deyə Moskva meri qeyd edib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, Ramenski şəhər rayonunun Stanovoe kəndində iki ev vurulan PUA-ların dağıntıları nəticəsində yanıb. Qubernator nəticədə 52 yaşlı qadının qəlpələrdən yaralandığını və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyini bildirib.
Qubernator əlavə edib ki, hadisə yerində təcili xidmətlər işləyir.
Moskvanın, Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarında “Xalça” planı saat 8:03-dən tətbiq edilib – hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və ya göndərmir. Saat 9:45-də Şeremetyevoda müvəqqəti məhdudiyyətlər uzadılıb. Vnukovo hava limanı normal rejimdə işləyir.
Oxşar xəbərlər
Sobyanin Moskvaya doğru uçan 25 pilotsuz təyyarənin məhv edildiyini açıqlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
HHM qüvvələri gecə ərzində Moskvaya doğru uçan 10 pilotsuz təyyarəni vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
HHM qüvvələri gecə ərzində Moskvaya doğru uçan 10 PUA vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sobyanin: Moskvaya doğru uçan doqquz PUA məhv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya MN: Ötən gecə Ukrayna SQ-nin 113 PUA-sı vurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












