İsrail PUA-sının hücumu nəticəsində “Hizbullah” komandiri öldürülüb
sizinxeber.az xəbər saytı

İsrail PUA-sının hücumu nəticəsində “Hizbullah” komandiri öldürülüb


İsrail Hərbi Hava Qüvvələrinə məxsus PUA-nın Livanın cənubunda “Hizbullah”a məxsus avtomobilə hücumu nəticəsində səhra komandiri Adnan Hərb öldürülüb.

APA xəbər verir ki, bu barədə “Lebanon 24” xəbər portalı məlumat yayıb.

Məlumata görə, hücum avtomobil yolunun Kfar Rumman və Nəbatiyyə yaşayış məntəqələri arasında yerləşən hissəsində olarkən həyata keçirilib.

Qeyd edək ki, bu, ilin əvvəlindən bəri İsrailin pilotsuz təyyarələrinin zərbələri nəticəsində öldürülən beşinci “Hizbullah” hərbi lideridir.

Oxşar xəbərlər

“Hizbullah” komandiri İsrailin PUA-nın zərbəsi nəticəsində öldürülüb
İsrail ordusu 3 Hizbullah komandirini zərərsizləşdirib
İsrail ordusunun Beyruta zərbəsi nəticəsində Hizbullah komandiri öldürülüb - VİDEO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər