Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
sizinxeber.az xəbər saytı

Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb


Abşeron rayonu Masazır qəsəbəsi ərazisində motosiklet sürücülərinə qarşı reyd keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, iyunun 19-da saat 18 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 19 yaşlı Fuad Babaşovun idarə etdiyi motosikletlə yolun hərəkət hissəsinə qaçan azyaşlı vurulub.

Nəticədə uşaq aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Bildirilib ki, polis əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, xüsusilə motosiklet və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsi istiqamətində mütəmadi profilaktik və nəzarət tədbirləri həyata keçirilir. Keçirilən tədbirlər zamanı sürücülərlə maarifləndirici söhbətlər aparılır, yol hərəkəti qaydalarını pozan şəxslər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülür.

Qeyd olunan ərazidə keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində müxtəlif qayda pozuntularına yol verən 45 motosiklet sürücüsü saxlanılıb. Hazırda reydlər davam etdirilir:

“Bir daha valideynləri azyaşlılara nəzarəti gücləndirməyə, bütün hərəkət iştirakçılarını isə yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq”.

Oxşar xəbərlər

DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir - VİDEO
DİN ikitəkərli nəqliyyat sürücülərinə müraciət edib- VİDEO
Abşeronda faciə: azyaşlını motosiklet vurub öldürdü
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB-1
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər