İsrail ordusunun Beyruta zərbəsi nəticəsində Hizbullah komandiri öldürülüb - VİDEO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İsrail ordusunun Beyruta zərbəsi nəticəsində Hizbullah komandiri öldürülüb - VİDEO - YENİLƏNİB


İsrail ordusunun Beyrutdakı yaşayış binasına endirdiyi zərbə nəticəsində Hizbullahın raket bölməsinə rəhbərlik edən yüksək səviyyəli komandiri İbrahim Qubeysi öldürülüb.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Reuters”ə Livandakı təhlükəsizlik mənbələri məlumat verib.

Livanın Səhiyyə Nazirliyi zərbə nəticəsində 6 nəfərin öldüyünü və 15 nəfərin yaralandığını açıqlayıb.

***

17:15

İsrailin Beyruta hava hücumu nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Livan televiziyası məlumat yayıb.

İsrail mənbələri isə hücumun məqsədinin Hizbullahın raket bölməsinin komandirini zərərsizləşdirmək olduğunu bildirib.

***

16:20

İsrail ordusu Beyruta hədəfli zərbə endirib.

Sizinxeber.az xəbər verir ki, İsrail ordusu Livandakı Hizbullah hədəflərinə qarşı yeni hava hücumları dalğası həyata keçirdiyini açıqlayıb.

Qeyd edək ki, daha əvvəl Livanın cənubunda və Beqaa vadisində iki hava hücumu dalğası həyata keçirilib.

Oxşar xəbərlər

İsrailin Beyruta hava hücumu zamanı 8 nəfər ölüb, 59 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-4 [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Beyruta hava hücumu zamanı Hizbullahın əməliyyat qrupunun komandiri öldürülüb - VİDEO - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Beyruta yenidən zərbə endirib, ölən və yaralananlar var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Beyruta zərbə endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu yenidən Beyruta zərbə endirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər