"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
sizinxeber.az xəbər saytı

"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir


Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi İsveçrədə keçirilən İran-ABŞ danışıqlarında iştirak etmir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi mənbəyə istinadən məlumat verib.

Qeyd olunub ki, nüvə proqramı bu danışıqlar raundunun gündəliyində deyil və Qrossi tədbir yerində yoxdur.

Mənbə bildirib ki, nüvə danışıqlarının başlanması üçün ABŞ ilə artıq imzalanmış memorandumun müddəalarının həyata keçirilməsi tələb olunur.

"Tasnim" xəbər agentliyi öz növbəsində qeyd edib ki, ABŞ AEBA-nın baş direktorunun İsveçrədəki danışıqlarda iştirakını tələb edib, lakin İran bundan imtina edib.

Oxşar xəbərlər

AEBA: İran nüvə obyektlərinin işini dayandırmalıdır
Qrossi sabah AEBA-nın İranla bağlı təcili iclasını çağırıb
AEBA: İran Buşehr AES-ə yeni hücum haqqında məlumat verib
Qrossi İranı AEBA ilə əməkdaşlığa çağırıb
İran AEBA-nı zənginləşdirilmiş uran ehtiyatlarının qorunması tədbirləri barədə məlumatlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər