"ASAN xidmət" modeli BMT konfransında beynəlxalq ictimaiyyətə təqdim olunub
sizinxeber.az xəbər saytı

"ASAN xidmət" modeli BMT konfransında beynəlxalq ictimaiyyətə təqdim olunub


BMT-də Dayanıqlı İnkişaf Məqsədi 16 (DİM 16) üzrə Konfransda "ASAN xidmət" modeli təqdim edilib.

"Report" xəbər verir ki, İtaliyanın BMT yanında Daimi Nümayəndəliyi, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti və Beynəlxalq İnkişaf Hüququ Təşkilatının birgə təşkil etdiyi tədbir "Dayanıqlı inkişaf naminə transformasiya və əlaqələndirilmiş fəaliyyət" mövzusuna həsr olunub.

Konfransda Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edib.

Bildirilib ki, "ASAN xidmət" modeli dövlət xidmətlərinin göstərilməsində şəffaflığın və hesabatlılığın təmin olunmasına, vətəndaş məmnunluğunun və institusional səmərəliliyin artırılmasına xidmət etməklə, güclü institutların formalaşdırılması və inklüziv cəmiyyətin qurulması istiqamətində mühüm töhfələr verir.

Konfransda BMT Baş katibinin müavini, BMT Baş Assambleyasının 80-ci sessiyasının Prezidenti, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini, BMT-nin İqtisadi və Sosial Şurasının Prezidenti, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini, Beynəlxalq İnkişaf Hüququ Təşkilatının Baş direktoru, eləcə də müxtəlif ölkələrin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və akademik dairələrin nümayəndələri iştirak ediblər.

Səfər çərçivəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini və Keniyanın dövlət xidməti, insan kapitalının inkişafı və xüsusi proqramlar üzrə naziri ilə görüşlər keçirilib.

Görüşlər zamanı "ASAN xidmət" təcrübəsi barədə geniş təqdimat edilib, həmçinin əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüşlərdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev də iştirak edib.

Oxşar xəbərlər

BMT baş katibinin müavini "ASAN xidmət"də
BMT baş katibinin müavini Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
"ASAN xidmət" BMT-nin Ekspertlər Komitəsinin sessiyasında müzakirəyə çıxarılıb
Efiopiyada "ASAN xidmət" modeli əsasında növbəti xidmət mərkəzləri açılıb
Biləsuvarda Səyyar ASAN xidmət avtobusu fəaliyyətə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər