İstanbulda reyd zamanı 1005 nəfər saxlanılıb
İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.
Sizinxeber.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araşdırma aparılıb.
Reydlər zamanı müxtəlif cinayətlər törətdiyinə görə axtarışda olan və cinayət aləti daşıyan 1005 nəfər saxlanılıb.
Reyd zamanı həmçinin 25 ədəd sənədsiz tapança, 12 ədəd səs tapançası, 62 ədəd patron və 1688 qram narkotik vasitə də ələ keçirilib.
247 ictimai yerə keçirilən baxış zamanı 1 şirkətə cərimə tətbiq olunub. Yol hərəkəti qaydalarına dair 41 min 902 nəqliyyat vasitəsi və 2 min 808 motosiklet yoxlanılıb. Nəticədə 2 min 339 nəqliyyat vasitəsi və motosikletli 9 sürücü cərimələnib, 4 nəqliyyat vasitəsinin hərəkəti qadağa qoyulub.
Yol hərəkəti qaydalarını pozduğuna görə ümumilikdə 708 min 640 lirə (31 min manatdan çox) cərimə kəsilib.
Oxşar xəbərlər
Sabunçuda axtarışda olan silahlı şəxs saxlanılıb
Şabran sakinində xeyli silah-sursat aşkarlanıb
Xaçmaz sakinlərindən 379 kq çətənə kolu götürülüb
Binəqədidə 22 kq narkotik aşkarlanıb - VİDEO
Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













