Serbiyanın Prezidenti Azərbaycan müdafiə nazirini qəbul edib
sizinxeber.az xəbər saytı

Serbiyanın Prezidenti Azərbaycan müdafiə nazirini qəbul edib


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Serbiyaya rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, səfər çərçivəsində Serbiya Respublikasının Prezidenti cənab Aleksandr Vuçiç Azərbaycan nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikasının Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlıq və müdafiə sənayesi sahəsində qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Görüşdən sonra müdafiə naziri Kruşevaç şəhərində yerləşən "Slobodişte" Memorial Kompleksini ziyarət edib, İkinci Dünya müharibəsi qurbanlarının xatirəsinə inşa edilmiş abidə önünə əklil dəstəsi qoyaraq dərin hörmət və ehtiramını bildirib.

Oxşar xəbərlər

Aleksandr Vuçiç Zakir Həsənovu qəbul edib
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Zakir Həsənov Serbiyada səfərdədir
Zakir Həsənov qırğızıstanlı həmkarı ilə görüşüb, hərbi əməkdaşlıq planı imzalanıb
Azərbaycan ilə Mərakeş arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər