Azərbaycan ilə Mərakeş arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərakeş Krallığının Hökumət Başçısı yanında Milli Müdafiə Administrasiyası üzrə səlahiyyətli naziri Abdellatif Ludiyinin dəvəti ilə Mərakeşdə işgüzar səfərdədir.
Sizinxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov mərakeşli həmkarı ilə görüşüb.
Azərbaycan Respublikasının müdafiə naziri "Mərakeş Aviaşou 2024" sərgisinə dəvətə görə həmkarına təşəkkür edib.
Görüşdə Azərbaycan ilə Mərakeş arasında hərbi, hərbi-texniki əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Azərbaycan Hökuməti adından müdafiə naziri mərakeşli həmkarı ilə "Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş"ini imzalayıb.
Oxşar xəbərlər
Zakir Həsənov Mərakeşdə işgüzar səfərdədir, hərbi əməkdaşlıq haqqında saziş imzalanıb
Zakir Həsənov qırğızıstanlı həmkarı ilə görüşüb, hərbi əməkdaşlıq planı imzalanıb
Zakir Həsənov İtaliya müdafiə naziri ilə görüşüb
Zakir Həsənov Yaşar Güler ilə görüşüb
Müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
