Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,72 ABŞ dolları və ya 2,67 % artaraq 104,4 ABŞ dolları təşkil edib.
Bu barədə "Sizinxeber.az"a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 101,24 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,72 ABŞ dolları və ya 2,74 % artaraq 101,98 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Oxşar xəbərlər
Azərbaycan nefti 4 %-dən çox bahalaşıb
Azərbaycan neftinin qiyməti 2 %-dən çox artıb
Azərbaycan nefti 2 % bahalaşıb
Azərbaycan neftinin qiyməti 116 dollara yaxınlaşıb
Azərbaycan neftinin qiyməti 72 dollara yaxınlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir - RƏY
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
-
İmişlidə açıq ərazidə və sexdə yanğın olub
-
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib
