Goranboyda qəzalı vəziyyətə düşərək sökülən binaların sakinlərinə yeni mənzillər veriləcək
sizinxeber.az xəbər saytı

Goranboyda qəzalı vəziyyətə düşərək sökülən binaların sakinlərinə yeni mənzillər veriləcək


Goranboy rayonunda ötən ilin noyabrında qəzalı vəziyyətə düşərək söküntüsünə başlanılan binaların sakinləri yeni mənzillə təmin olunacaqlar.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, bu barədə rayon Fövqəladə Hallar Komissiyasından bildirilib.

Qeyd olunub ki, şəhərin Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən qəzalı yaşayış binalarının sökülməsi mərhələli şəkildə həyata keçirilir. Ərazidə yerləşən 16 mənzilli, 3 bloklu ikimərtəbəli yaşayış binasının söküntüsü artıq tam başa çatdırılıb. Bir bloku tam uçan binada isə söküntü işləri davam etdirilir. Həmçinin 60 mənzilli, 6 bloklu beşmərtəbəli yaşayış binasının söküntüsü zamanı uçan mənzillərdə qalan sakinlərin əşyaları çıxarılaraq təhvil verilib.

Bildirilib ki, sökülən binaların sakinlərinin kirayə xərclərinin müvafiq dövlət qurumları tərəfindən ödənilməsi təmin olunub. Həmin binaların yerində isə yeni yaşayış kompleksinin salınması planlaşdırılır. Layihə çərçivəsində sakinlərin sözügedən kompleksdə yeni mənzillərlə təmin edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2025-ci ilin noyabr ayında Goranboy şəhərində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində tavanın çökməsi nəticəsində iki nəfər xəsarət almışdı. Hadisədən sonra bina qəzalı elan olunmuş, sakinlər isə təxliyə edilmişdi.

Oxşar xəbərlər

Bakıda partlayış nəticəsində qəzalı vəziyyətə düşən binada 15 mənzilin sakininə müvəqqəti kirayə pulu veriləcək
“Sovetski”də qəzalı binaların söküntüsünə başlanılıb
Bakının mərkəzi rayonlarında qəzalı binaların inventarizasiyası yekunlaşıb
Kəlbəcərdə inşa olunan 4-cü yaşayış kompleksində 26 binanın inşası planlaşdırılır
Prezident İlham Əliyev Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər