Göyçayda 9 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
sizinxeber.az xəbər saytı

Göyçayda 9 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb


Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, əməliyyat zamanı 22 yaşlı Hüseyn Əliyev və həmyaşıdı Telman Mehdiyev saxlanılıb. Onlardan 8 kiloqramdan artıq marixuana və 1 kiloqrama yaxın tiryək aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Göyçayda narkotik satışı ilə bağlı 2 nəfər tutulub
Polis Göyçayda əməliyyat keçirib, 12 kiloqram narkotik aşkarlanıb
Polis Göyçayda əməliyyat keçirilib, 12 kiloqram narkotik aşkarlanıb
Polis Göyçayda əməliyyat keçirib - silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb
Şəkidə 26 kq narkotik dövriyyədən çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər