Dünya Millətlər Kubokuna Azərbaycandan 13 boksçu qatılacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2026
15:00
0
0
1 049
ff aaaaaaa

Dünya Millətlər Kubokuna Azərbaycandan 13 boksçu qatılacaq

09 in, 2026
15:00
1 049

Dünya Millətlər Kubokuna Azərbaycandan 13 boksçu qatılacaq

İyunun 10-da Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında keçiriləcək Dünya Millətlər Kubokunda iştirak edəcək Azərbaycan təmsilçiləri açıqlanıb.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

U-17 komandasının baş məşqçisi Vaqif Kazımov, məşqçilər Teymur Məmmədov və Orxan Cəbiyev Vrbasda Aydın Şahbazov, Həsrət Məmmədov (hər ikisi 46 kq), Nihat Məmmədli (48 kq), Rüstəm Nəsibov (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Elcan Musazadə (54 kq), Əli Camalzadə (57 kq), Əli Abaslı (60 kq), Vəkil Qurbanov (63 kq), Hidayət Məmmədov (70 kq), Yusif Ağakişiyev (75 kq), Şükar Əliyev (80 kq) və Mehran Rəsulova (+80 kq) şans verəcəklər.

Bu gün səfərə yollanan milli iyunun 15-də Bakıya qayıdacaq. Komandaya Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov rəhbərlik edəcək.

Yarışda final döyüşləri iyunun 14-də olacaq. Azərbaycanı turnirdə Fərhad Rəhmanov hakim kimi təmsil edəcək.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul