Zakir Həsənov Serbiyada səfərdədir
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasında rəsmi səfərdədir.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, əvvəlcə Azərbaycan nümayəndə heyəti Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini, eləcə də Milika Rakiçə həsr olunmuş memorial kompleksini ziyarət edib, önünə əklillər qoyub.
Sonra səfərin proqramına əsasən, general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının müdafiə naziri Bratislav Qaşiç ilə görüşüb.
Protokola uyğun olaraq təşkil edilən rəsmi qarşılanma mərasimdə hər iki ölkənin müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçiblər. Azərbaycan və Serbiya respublikalarının Dövlət himnləri səsləndirilib.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.
Qeyd edilib ki, səfər çərçivəsində müdafiə nazirinin Serbiyanın Buyanovats şəhəri yaxınlığında keçirilən “Platinum Wolf - 2026” beynəlxalq taktiki təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirakı planlaşdırılıb.
Oxşar xəbərlər
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Azərbaycan və Gürcüstanın müdafiə nazirləri görüşüblər
Zakir Həsənov qırğızıstanlı həmkarı ilə görüşüb, hərbi əməkdaşlıq planı imzalanıb
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb - YENİLƏNİB - VİDEO
Müdafiə nazirləri Azərbaycan-Slovakiya hərbi əməkdaşlığının vəziyyətini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Avtomobildə 72 kq narkotik aşkarlanıb - VİDEO
