“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs edilib
sizinxeber.az xəbər saytı

“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs edilib


“TikTok”da kustar üsulla kimyəvi maddələrin birləşməsindən təhlükəli partlayış yaratmaqla kütləvi paylaşımlar edən şəxs həbs edilib.

Bu barədə “Sizinxeber.az”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bərdə rayonunda partlayıcı maddə hazırlayaraq görüntülərini "TikTok” sosial şəbəkəsində yayan şəxs müəyyən olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 2003-cü il təvəllüdlü Ziyadov Xanlar saxlanılıb.

"Onun yaşadığı ünvana baxış zamanı partlayıcı maddənin hazırlanması üçün vasitələr və partlayıcını istifadə etdiyi barədə "TikTok" sosial şəbəkəsində yayımladığı görüntü aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, X.Ziyadov həbs edilib. Araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Kimyəvi maddələrlə təhlükəli partlayış törədərək “TikTok”da paylaşan şəxs tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“TikTok”dakı yarışa görə saxlanıldılar - Aralarında Azər Zahid də var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polis əxlaqsızlığı təbliğ edən TikTok-ləri saxlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bərdədə avtomat satmaq istəyən şəxs həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər