Polis əxlaqsızlığı təbliğ edən TikTok-ləri saxlayıb
“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.
APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti bildirib.
Bildirilib ki, vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.
Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.
Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Polis yaxta dələduzlarını saxlayıb, zərərçəkənlər var
Sosial şəbəkə vasitəsilə dələduzluq edən şəxs saxlanılıb
“TikTok” “Sputnik”-in hesablarını silib
Polisə müqavimət göstərərək qaçmağa cəhd edən şəxslərə atəş aşılıb, bir nəfər xəsarət alıb
Elm və təhsil naziri “TikTok” şirkətinin nümayəndələri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













