Nazir müəllimlərin maaşlarının artırılmasının mümkünlüyünə münasibət bildirib
“Məktəb əməkdaşlıq edən bir mühitdir. Bunun üçün də müəllim məktəbdə daha çox vaxt keçirməlidir”.
Bunu APA-ya, Trend-ə və “Xəzər” televiziya kanalına müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Dərsdən başqa müəllimin kifayət qədər işi var ki, biz buna görə müəllimə ayrıca maaş ödəmirik. Müəllimin əməkhaqqısının artırılmasına saat hesabı əsasda yanaşanda buna nail olmaq o qədər də asan deyil. Çünki hər bir müəllimə 20-24 saat dərs saatı vermək olmur. Tam ştatlı müəllim məsələsi həm müəllimin işinin keyfiyyətinin artırılması, həm də əməkhaqqısının artırılması baxımından vacib islahat ola bilər. Amma bu, dediyim kimi, hazırda müzakirə olunan məsələdir. Yəqin ki, yaxın gələcəkdə bununla bağlı təkliflər olacaq. Müəllimin əməkhaqqısı bu şərtlər çərçivəsində orta əməkhaqqından yüksək olmalıdır”, - nazir vurğulayıb.
Qeyd edək ki, müsahibə bu gün saat 20:00-da APA İnformasiya Agentliyində, Trend İnformasiya Agentliyində və “Xəzər” televiziya kanalında yayımlanacaq.
Oxşar xəbərlər
Nazir: Müəllimlərin sayı azalacaq, maaşlar artacaq
Nazir bir neçə ildir kənd məktəblərində iki min vakansiyanın seçilməməsinə münasibət bildirib
Deputat: Davamlı olaraq hədəfə alınmaq müəllimlərin psixoloji durumuna təsir edir
Elm və təhsil naziri Xəzər və Pirallahı rayonlarının məktəb direktorları ilə görüşüb - FOTO
Nazir: Hüququn dərslik kimi tədris olunmasındansa, müzakirələrlə öyrədilməsi daha məqsədəuyğundur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
