Putin rus dilinə göstərilən diqqətə görə İlham Əliyevə minnətdarlığını bildirib
Rusiya Prezidenti Vladimir Putin rus dilinə göstərilən diqqətə görə azərbaycanlı həmkarı İlham Əliyevə minnətdarlığını bildirib.
"Report" xəbər verir ki, bunu Rusiya lideri Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
“Azərbaycanda rus dilindən hər yerdə və sərbəst şəkildə istifadə olunur. Hiss edirik ki, bu tendensiya Azərbaycan rəhbərliyi tərəfindən hər vasitə ilə dəstəklənir, İlham Heydər oğlu, rus dilinə göstərilən bu diqqətə görə Sizə minnətdarıq”, - o bildirib.
V.Putin bildirib ki, Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü müzakirə olunur.
“Azərbaycan Prezidenti bu təşəbbüsü dəstəkləyib. Ümid edirəm ki, biz bunu kifayət qədər tez həyata keçirəcəyik”, - o qeyd edib.
Oxşar xəbərlər
Putin: Rusiya-Azərbaycan Universitetinin yaradılması imkanları nəzərdən keçirilir
Rusiya Azərbaycanla humanitar əlaqələrə böyük önəm verir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
