Vasitəçilərlə davam etdirilən ABŞ-İran danışıqlarında heç bir nəticə əldə olunmayıb
sizinxeber.az xəbər saytı

Vasitəçilərlə davam etdirilən ABŞ-İran danışıqlarında heç bir nəticə əldə olunmayıb


İsveçrədə vasitəçilərlə davam etdirilən ABŞ-İran danışıqlarında heç bir nəticə əldə edilməyib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər Qətər və Pakistanın vasitəçiləri araçılığı ilə mesaj mübadiləsini davam etdiriblər, lakin nəticə əldə olunmayıb.

"İran nümayəndə heyəti danışıqlar zamanı İranın dondurulmuş aktivlərinin blokdan çıxarılmasını və neft ixracı üçün icazələrin verilməsini sürətləndirməyə çağırıb", - agentlik qeyd edib.

Bildirilib ki, İran tərəfi ABŞ-nin memorandum çərçivəsində öhdəliklərini pozmasına etirazını bildirib və vurğulayıb ki, nüvə proqramı üzrə danışıqlar birbaşa imzalanmış sazişə riayət olunmasından asılıdır.

Qeyd edək ki, tərəflər danışıqlar üçün İsveçrənin Bürgenstok şəhərində görüşüblər, lakin ABŞ Prezidenti Donald Trampın İrana zərbələr endirmək barədə təhdidlərinə etiraz əlaməti olaraq İran nümayəndə heyəti qısa müddət sonra məkanı tərk edib. Daha sonra "Al Hadath" telekanalı bildirib ki, tərəflər arasında müzakirələr vasitəçilər yolu ilə davam edib.

"Axios" portalı isə bütün tərəflərin danışıqların gedişatından razı qaldığına dair məlumat yayıb.

Oxşar xəbərlər

İranlılar geri qayıtdı, danışıqlar davam edir...
"Al Hadath": İran ABŞ ilə danışıqları vasitəçilərlə davam etdirir
KİV: İran nümayəndə heyəti İsveçrədə ABŞ-la danışıqları davam etdirir - YENİLƏNİB
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
Avropa “üçlüyü” ilə İran arasında danışıqlar davam edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər