Yusuf Majidi: "Hidroenergetika layihələrində şəffaflıq və koordinasiya vacibdir"
Hidroenergetika böyük faydalarla yanaşı sosial, ekoloji və regional çağırışlar da gətirə bilər.
"Report" xəbər verir ki, bunu Tacikistanın maliyyə nazirinin I müavini Yusuf Majidi Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində baş tutan panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, bunlar şəffaf və məsuliyyətli şəkildə həll edilməlidir: "Güclü müdafiə tədbirləri yalnız uyğunluq tələbi deyil. Onlar icmalar, maliyyəçilər, qonşu ölkələr və inkişaf tərəfdaşları arasında etibarın yaradılmasına kömək edir. Bu tip layihələr reallaşdırılan zaman müdafiə tədbirləri və maraqlı tərəflərin cəlb edilməsinin vacibdir. Digər tərəfdən koordinasiya mühüm əhəmiyyət kəsb edir. Hökumət qurumları, kommunal xidmətlər, tənzimləyicilər, maliyyəçilər, regional və beynəlxalq tərəfdaşlar arasında koordinasiyanın lazımdır".
O qeyd edib ki, regional etibarlılıq yalnız quraşdırılmış gücdən asılı deyil: "O, həmçinin ötürmə infrastrukturundan, şəbəkə sabitliyindən, əməliyyat qaydalarından, bazar tənzimləmələrindən və enerjinin lazım olan vaxtda və yerdə paylanması qabiliyyətindən asılıdır. Bu mənada böyük hidroenergetika layihələrinə yalnız elektrik stansiyaları kimi deyil, milli inkişaf, regional əməkdaşlıq və təmiz enerji təhlükəsizliyi üçün strateji platforma kimi baxılmalıdır".
Oxşar xəbərlər
Anar Kərimov: "Halal iqtisadiyyatın inkişafı üçün tərəfdaşlıqları genişləndirməyə hazırıq"
Yusif Abdullayev: "Azərbaycan IsDB Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub"
Mikayıl Cabbarov və IsDB-nin prezidenti Bakının bankın İllik Toplantılarına hazırlıq səviyyəsini qiymətləndiriblər
IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişafdan kənardadır
İslam İnkişaf Bankı (IsDB) Qrupunun 14-cü Gənclər İnkişafı Forumu Bakıda baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin Kazanda Hakan Fidanla görüşəcək
-
Nazir: Britaniya ilə Azərbaycan ikitərəfli ticarət və investisiyaları artıracaq
-
"Technip" SOCAR ilə Azərbaycanda plastikdən bioyağ istehsalı üzrə "yaşıl layihə" hazırlayır
-
Elit layihəsi çərçivəsində seleksiya xarakterli futbol turniri təşkil olunub
-
Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib
-
FBI Ağ Evə dron hücumunun qarşısını alıb
