Belarus səfiri: Azərbaycanla nəqliyyat-logistika sahəsində əlaqələrin inkişafı böyük əhəmiyyət daşıyır
Azərbaycanın Avrasiya məkanında mühüm nəqliyyat-logistika mərkəzinə çevrilib.
Sizinxeber.az xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Bakıda keçirilən “Azərbaycan Avrasiyanın logistika qovşağı kimi: Aİİ və Cənubi Qafqaz maraqlarının uzlaşdırılması” mövzusunda beynəlxalq dəyirmi masada deyib.
O, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafının regional əməkdaşlıq üçün böyük perspektivlər açdığını bildirib: “Belarus üçün Azərbaycanla əməkdaşlıq, xüsusilə nəqliyyat və logistika sahəsində əlaqələrin inkişafı böyük əhəmiyyət daşıyır. Şimal-Cənub nəqliyyat dəhlizi, eləcə də Belarus–Azərbaycan–İran istiqaməti perspektivli əməkdaşlıq platformasıdır”.
Səfir qeyd edib ki, dəmir yolu infrastrukturunun inkişafı və birgə istehsal layihələri tərəflər üçün yeni imkanlar yarada bilər: “Birgə vaqon və digər dəmir yolu avadanlıqlarının istehsalı, habelə nəqliyyat infrastrukturunun inkişafı gələcək əməkdaşlığın vacib istiqamətlərindəndir”.
Diplomatın sözlərinə görə, Belarus–Azərbaycan–İran marşrutu, eləcə də Rusiyanı, Türkiyəni və digər ölkələri birləşdirən nəqliyyat əlaqələri gələcəkdə mühüm iqtisadi layihələrə çevrilə bilər.
Səfir dəmir yolu infrastrukturunun inkişafı, yükdaşımaların artırılması və birgə istehsal layihələrinin həyata keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Pineviç əlavə edib ki, nəqliyyat-kommunikasiya əlaqələrinin gücləndirilməsi Avrasiya məkanında iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir.
Oxşar xəbərlər
23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi başlayıb
“Şimal-Cənub” dəhlizi ilə bağlı Azərbaycan-Rusiya hökumətlərarası əməkdaşlıq sazişi imzalanıb
Rusiya XİN: “Şimal-Cənub” dəhlizi nəqliyyat və logistika sektorunda fokus fenomenə çevrilib
"RDY Logistika" Azərbaycana günəbaxan şrotunun sınaq göndərişini təşkil edib
Rusiya Azərbaycan və İranla "Şimal-Cənub" dəhlizi üzrə əməkdaşlığı gücləndirməyə dəvət edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
