“Şimal-Cənub” dəhlizi ilə bağlı Azərbaycan-Rusiya hökumətlərarası əməkdaşlıq sazişi imzalanıb
Rusiya Nəqliyyat Nazirliyində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Rusiyanın nəqliyyat naziri Roman Starovoit arasında görüş keçirilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, iclasın sonunda nazirlər Rusiya Baş nazirinin müavini Vitali Savelyevin iştirakı ilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə tranzit yükdaşımaların inkişafı üzrə Azərbaycan-Rusiya hökumətlərarası əməkdaşlıq sazişini imzalayıblar.
Qeyd olunub ki, saziş iki ölkə arasında dəmir yolu infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən edir. Onun məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini artırmaq və Şimal-Cənub nəqliyyat dəhlizinin qərb marşrutunun potensialını artırmaqdır.
Oxşar xəbərlər
Rusiya hökuməti Azərbaycanla razılaşmanı təsdiqləyib
Mişustin “Şimal-Cənub” dəhlizi üzrə Azərbaycanla daşımalar haqqında sazişi dəstəkləyib
Putin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə özünə xüsusi nümayəndə təyin edib
Qazaxıstan və Rusiya “Şimal-Cənub” dəhlizinin inkişaf perspektivlərini müzakirə edib
Overçuk: Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













