Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
sizinxeber.az xəbər saytı

Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"


Yeni Zelandiya millisi dünya çempionatının G qrupunun II turunda Misirlə matçın ilk hissəsində çox yaxşı oynayıb.

"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Darren Beyzli matçdan sonra açıqlama verib.

Mütəxəssis 1:3 hesabı ilə uduzduqları qarşılaşma haqqında fikirlərini bölüşüb:

"Bu, məyusedici nəticədir. İlk hissədə çox yaxşı oynadıq. Topa sahib olduq və çoxlu qol şansları yaratdıq. İkinci yarıda da yaxşı oynayacağımızı düşündük. Amma tempə uyğunlaşa bilmədik. Rəqib tempi artırdı və ilk hissədə etdiklərimizi təkrarlaya bilmədik. Nəticədə məyus olduq. Tarix yazmağın bir addımlığındayıq. Bilirik ki, növbəti görüşdə Belçikanı məğlub etməliyik".

Xatırladaq ki, ABŞ, Meksika və Kanada təşkil olunacaq DÇ-2026 iyulun 19-da başa çatacaq.

Oxşar xəbərlər

Darren Beyzli: Üstün olduğumuz oyunu qazana bilmədiyimiz üçün məyusəm
"Sumqayıt"ın baş məşqçisi: "Təəssüf ki məğlub olduq"
Şahin Diniyev: "Turan Tovuz" nəticəyə oynamağı bacaran komandadır
DÇ-2026: İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq
"Neftçi"nin məşqçisi: "Bu gün hücumda və müdafiədə yaxşı oynadıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər