23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi başlayıb
1–3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində region üçün strateji əhəmiyyət daşıyan “TransLogistica Caspian” – 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi öz işinə başlayıb.
“APA-Economics” xəbər verir ki, sərgiyə “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası (AGTL) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstək göstərilir.
Üç gün davam edəcək sərgidə Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Çin, Gürcüstan, Türkiyə, Rusiya Federasiyası, Litva və Lüksemburqdan olan şirkətlər iştirak edirlər. Yükdaşıma və logistika xidmətləri sektoru “Abşeron Logistika Mərkəzi”, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası, “Aznur Logistics”, “GLT Transport”, “Heritus Logistics”, “Sara Logistics”, “Yüktaksisi.az MMC”, Çindən “CHANGSHA TRANSASIA TRANSPORT INTERNATIONAL LOGISTICS CO., LTD” və digər şirkətlər tərəfindən təmsil olunur. Sərgidə həmçinin dünya miqyasında nəqliyyat və logistika sahəsinin lider şirkətlərindən biri olan “Mediterranean Shipping Company” (MSC) də iştirak edir. Bununla yanaşı, Belarus Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi və Belarus Dəmir Yolları da tədbirdə iştirak edir.
İyunun 3-də “TransLogistica Caspian” beynəlxalq sərgisi çərçivəsində “Radisson Hotel Baku”da 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu keçiriləcək. “TransLogistica Caspian Forum” beynəlxalq daşımalar, tranzit marşrutları və logistika həlləri ilə bağlı aktual məsələlərin müzakirə olunduğu peşəkar platforma rolunu oynayır.
Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının (FFAA) həmtəşkilatçısı olduğu Forumda yerli məruzəçilərlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Litvadan olan xarici spikerlər də çıxış edəcəklər.
Oxşar xəbərlər
Bakıda “Translogistica Caspian” sərgisi keçiriləcək
“TransLogistica Caspian” sərgisində “Dəmiryol nəqliyyatının rəqəmsallaşdırılması” mövzusunda panel keçirilib
Bakı Enerji Həftəsi başlayıb
Bakı növbəti dəfə "TransLogistica Caspian" sərgisinə ev sahibliyi edəcək
“TransLogistica Caspian” sərgisində Xəzər regionunda multimodal daşımaların perspektivləri müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
İsrail Livandakı Bofor qalasını "təhlükəsizlik zonası"nın bir hissəsi kimi saxlayacaq
-
"Politico": ABŞ miqrasiya siyasətini sərtləşdirmək üçün reklam məlumatlarından istifadə edə bilər
-
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
-
Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb - FOTOLENT - YENİLƏNİB-2
-
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
