FHN gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib
sizinxeber.az xəbər saytı

FHN gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib


Fövqəladə Hallar Nazirliyi gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

APA FHN-ə istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 24-ü axşamdan başlayaraq 29 iyunadək ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

"Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir!"

FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.

Oxşar xəbərlər

FHN hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib
FHN yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar müraciət edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər