Rusiya Azərbaycan və İranla "Şimal-Cənub" dəhlizi üzrə əməkdaşlığı gücləndirməyə dəvət edir
Əldə edilmiş razılaşmaların inkişafı, "darboğaz"ların aradan qaldırılması və "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin sürətlə reallaşdırılması üçün Rusiya, Azərbaycan və İran arasında üçtərəfli formatda əməkdaşlıq gücləndirilməlidir.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB Ölkələri üzrə Birinci Departamentinin direktor müavini Viktoriya Malkova Bakıda keçirilən "Avrasiyanın nəqliyyat karkasının formalaşması və Azərbaycanın bu prosesdə əhəmiyyətli rolu" mövzusunda beynəlxalq dəyirmi masada bildirib.
Onun sözlərinə görə, nəqliyyat-logistika əməkdaşlığı strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında inkişaf edən Rusiya-Azərbaycan münasibətlərində xüsusi yer tutur.
"Biz bütün növ əlaqələrin inkişafına, avtomobil yolları şəbəkələrinin birləşdirilməsinə, sərhəddəki keçid məntəqələrinin modernləşdirilməsinə yönəlmiş bir çox birgə layihələr həyata keçiririk. Həmçinin yeni təşəbbüslər, o cümlədən dəniz daşımaları sahəsində layihələr (Xəzər dənizində kruiz marşrutunun açılması) meydana çıxır", - diplomat qeyd edib.
V. Malkova vurğulayıb ki, hazırda "Şimal-Cənub" dəhlizinin inkişafı üçün Azərbaycanın tranzit və coğrafi potensialının üzə çıxarılması diqqət mərkəzindədir.
Oxşar xəbərlər
Şahin İsmayılov: "Azərbaycan Avrasiya nəqliyyat əməkdaşlığının əsas həlqəsi statusunu möhkəmləndirir"
Rusiya və İran “Şimal-Cənub” nəqliyyat dəhlizini fəal şəkildə inkişaf etdirmək barədə razılığa gəlib
Rusiya XİN: “Şimal-Cənub” dəhlizi nəqliyyat və logistika sektorunda fokus fenomenə çevrilib
“Şimal-Cənub” dəhlizi ilə bağlı Azərbaycan-Rusiya hökumətlərarası əməkdaşlıq sazişi imzalanıb
Azərbaycan, İran və Rusiya arasında nəqliyyat sahəsi üzrə üçtərəfli görüş Moskvada keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
DÇ-2026: Portuqaliya Özbəkistan qarşısında fərqi artırıb - YENİLƏNİR-2
