"İnternatda aclıqdan quru çörək yeyirdim"
"Uşaq vaxtımdan məni nənəm böyüdüb, çox imkanlı qadın idi. Onun yanında yaşayanda ancaq quzu əti, yağlı, ballı yeməklər yeyirdim. Nənəm məni tək uşaq olduğuma görə musiqi təmayüllü internat məktəbinə yazdırdı. Birinci sinifdən orada oxudum. Mən o qədər imkanın içində aclığın nə olduğunu gördüm".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov “Elgizlə izlə” verilişində deyib. Aktyor çətin keçən gənclik illərindən danışıb:
"İnternatın yeməkxanasında artıq qalan çörəkləri qurudurdular ki, ətə vursunlar. Mən ac olurdum və o çörəkləri yeyirdim. 14-15 yaşımda poçtalyon işlədim. O vaxt bu işi görmək çox çətin idi. Daha sonra Kukla Teatrında 60 manata fəhlə işləmişəm. İndi o günləri xatırlayanda deyirəm ki, Allah mənə yaxşı ki, ağıl verib və başqa işin dalınca getməmişəm. Ona çox şükür edirəm. O günlər olmasaydı, indiki günlərin qədrini bilməzdim".
Oxşar xəbərlər
Tatlısəsdən Alim Qasımova qarşı təxribat: “Elə günə qoydu…”
Şuşa sakini: 6 yaşımda çıxarıldığım doğma yurduma 40 yaşımda qayıdıram
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
