Azərbaycan və Rumıniya "Yaşıl Enerji Dəhlizi"ni müzakirə edib - YENİLƏNİB
Azərbaycan və Rumıniya arasında "Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə müzakirələr aparılıb.
"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazii Pərviz Şahbazovla Rumıniya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Marius-Qabriel Lazurka arasında keçirilən görüşdə aparılıb.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında enerji sahəsinin mühüm rol oynadığı vurğulanıb. Neft-qaz tədarükü, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyada geniş fəaliyyəti karbohidrogen sektorunda yüksək əməkdaşlığın göstəriciləri kimi qeyd edilib.
"Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin isə bu əməkdaşlığı elektrik enerjisi sahəsi ilə daha da möhkəmləndirəcəyi bildirilib. Marius-Qabriel Lazurka bu layihənin təkcə ayrı-ayrı ölkələr üçün deyil, bütövlükdə Avropa İttifaqının enerji təhlükəsizliyi və dayanıqlı inkişafı üçün xüsusi əhəmiyyət daşıdığını deyərək bildirib ki, Azərbaycan bu təşəbbüs çərçivəsində Avropanın mühüm enerji tərəfdaşı kimi çıxış edir.
Görüşdə layihənin texniki-iqtisadi əsaslandırmasının nəticələrinin yaxın zamanda təqdim ediləcəyi bildirilib. Qeyd olunub ki, "Yaşıl Enerji Dəhlizi" həm Azərbaycan kimi istehsalçı ölkələr, həm də Rumıniya, Macarıstan və digər Mərkəzi və Şərqi Avropa ölkələri üçün uzunmüddətli iqtisadi və enerji baxımından faydalar yaradacaq.
Görüşdə, həmçinin Rumıniyanın enerji sahəsində həyata keçirdiyi yeniliklər nəzərdən keçirilib və perspektiv əməkdaşlıq imkanları dəyərləndirilib.
Azərbaycan və Rumıniya enerji tərəfdaşlığının əhəmiyyəti və "Yaşıl Enerji Dəhlizi" layihəsinin inkişafı məsələlərini müzakirə edib.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, bu müzakirələr Rumıniya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Marius-Qabriel Lazurca ilə görüşdə aparılıb.
Nazir bildirib ki, layihənin Avropanın artan enerji tələbatının qarşılanmasında mühüm rolunu nəzərə alaraq, əməkdaşlığın gücləndirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan və Rumıniya qaz tədarükünü müzakirə edib - YENİLƏNİB
Azərbaycan Rumıniya ilə Yaşıl Enerji Dəhlizinin inkişafını müzakirə edib
Azərbaycan və Rumıniya qaz tədarükünü müzakirə edib
Serbiyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulması müzakirə edilib
Gələn il Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun növbəti iclası keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezidenti İlham Əliyev tədbirdə iştirak edir - CANLI - YENİLƏNİB
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
CNN ABŞ və İran arasında əldə olunduğu bildirilən 14 maddəlik anlaşma memorandumunun tam mətnini dərc edib
-
DÇ-2026: İngiltərə - Xorvatiya oyununda hesab açılıb - YENİLƏNİR
