Məhəmməd Quluzadə: Bəzi hallarda xəbər saytlarında insan hüquqları ilə bağlı qaydalar pozulur
sizinxeber.az xəbər saytı

Məhəmməd Quluzadə: Bəzi hallarda xəbər saytlarında insan hüquqları ilə bağlı qaydalar pozulur


Bəzi hallarda xəbər saytlarında insan hüquqları ilə bağlı qaydalar pozulur.

"Report" xəbər verir ki, bunu Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə "İnsan Hüquqları Aylığı" çərçivəsində Medianın İnkişafı Agentliyi ilə birgə media nümayəndələri üçün "Media və insan hüquqları" mövzusunda keçirilən maarifləndirici məlumat sessiyasında deyib.

Onun sözlərinə görə, 2024-cü ildən 20 xəbər saytında insan hüquqları ilə bağlı monitorinq aparılıb:

"Nəticədə 17 min məqalə üzərində aparılan monitorinq zamanı insan hüquqlarının pozulması hallarına rast gəlinib. Hazırda monitorinqlər davam etdirilir və bu istiqamətdə media nümayəndələri ilə birgə işlər aparılır. Monitoqlər davam etdikcə dinamika müsbətə doğru dəyişib. Sonuncu hesabatda 4-5 xəbər saytının hələ də pozuntulara yol verdiyi müşahidə edilsə də, digər 15-nin insan hüquqları ilə bağlı qaydalara riayət etdiyi müəyyənləşib".

M.Quluzadə əlavə edib ki, qanunvericilikdə dəyişikliklər fonunda media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür və əhalinin maarifləndirilməsi üçün birgə səylər davam etdirilməlidir.

Oxşar xəbərlər

Natiq Məmmədli: Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır
İnsan hüquqlarının pozulmasına dair üçüncü media monitorinq hesabatı hazırlanır
Naxçıvanın Ombudsmanı: İqlim dəyişmələri ciddi insan hüquqları problemidir
İsrail BMT-nin İnsan Hüquqları Şurasından çıxır
QAİ rəsmisi BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyasında iştirak edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər