Naxçıvanın Ombudsmanı: İqlim dəyişmələri ciddi insan hüquqları problemidir
İqlim dəyişmələri ciddi insan hüquqları problemidir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkiliyinin mətbuat xidmətindən "Sizinxeber.az"un yerli bürosuna verilən məlumata görə, bu sözləri oktyabrın 2-də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumunda Naxçıvan Muxtar Respublikasının Ombudsmanı Günay Rzayeva bildirib.
Ombudsman qeyd edib ki, iqlim dəyişmələri yalnız ekoloji və ətraf mühit məsələsi deyil, bu, ciddi insan hüquqları problemidir. Bu baxımdan iqlim dəyişikliyinə uyğunlaşmaq və onun təsirini azaltmaq cəmiyyətlər daxilində yüksək səviyyədə koordinasiya tələb edir.
Qeyd edək ki, Forumda Ombudsman aparatının əməkdaşları da iştirak edib.
Oktyabrın 3-də Forum iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər edəcək.
Oxşar xəbərlər
Oktyabrda Bakıda milli insan hüquqları mövzusunda beynəlxalq konfrans keçiriləcək
Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Konfransında iştirak edib
Naxçıvan Ombudsmanı Şahbuzdakı mina partlayışına münasibət açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
