Azərbaycan və Türkmənistan alimləri Səməd Vurğununun ədəbi irsini müzakirə edib
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunan tədbir keçirilib.
"Report"un Türkmənistana ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə Türkmənistan Dövlət Universitetinin rəhbərliyi, Filologiya fakültəsinin professor-müəllim və tələbə heyəti iştirak edib.
Tədbirin moderatoru Azərbaycan Yazıçılar Birliyinin katibi Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi Səməd Vurğunun həyat və yaradıcılığı haqqında qısa məlumat verib. Deyib ki, Səməd Vurğun bənzərsiz yaradıcılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının inkişafında müstəsna rol oynayıb.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının "Səməd Vurğun və Türk dünyası" mövzusunda məruzəsi dinlənilib.
Bildirilib ki, Azərbaycanın ədəbi fikir salnaməsində xüsusi yer tutan Səməd Vurğun ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparıb, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnib.
Qeyd olunub ki, ədibin əsərləri türk respublikalarında da böyük rəğbətlə qarşılanıb, pyesləri uğurla səhnələşdirilib. S.Vurğunun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində parlaq səhifə təşkil edir.
Milli Məclisinin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası dostluq qrupunun üzvü Hikmət Məmmədov "Səməd Vurğunun yaradıcılığında vətən mövzusu" adlı məruzəsində bildirib ki, Xalq şairinin əsərləri bu gün də insanları öz vətənini sevməyə səsləyir.
"Azərbaycan və Türkmənistan ədəbi əlaqələrinin inkişafı, ədəbiyyat mübadiləsi" mövzusunda çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov ədəbiyyatın xalqlar arasında mədəni körpülərin qurulmasında mühüm rol oynadığını bildirib.
Oxşar xəbərlər
Milli Kitabxana Səməd Vurğunun 120 illik yubileyi münasibətilə elektron layihələri təqdim edib
Bakıda gənc şairlərin iştirakı ilə Səməd Vurğunun 120 illiyinə həsr olunmuş ədəbi gecə keçirilib
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
Bakıda 7 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
Ərdoğan Laçında Səməd Vurğunun "Azərbaycan" şeirini səsləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb - FOTO
-
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
-
"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16 % artırıb
