"Qarabağ" klubunun İdarə Heyətinin iclası keçirilib
"Qarabağ" klubunun İdarə Heyətinin iclası keçirilib.
"Sizinxeber.az" Ağdam təmsilçisinə istinadən xəbər verir ki, iclasda klub prezidenti Tahir Gözəl, baş direktor və İdarə Heyətinin üzvü Əmrah Çəlikəl, İdarə Heyətinin üzvü Asif Əsgərov və komandanın baş məşqçisi Qurban Qurbanov iştirak ediblər.
Toplantı zamanı klubun gələcək fəaliyyəti, idman nəticələri və təşkilati məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Rəhbər heyət tərəfindən görülən işlərlə bağlı hesabat təqdim olunub, həyata keçirilən layihələr və yeni mövsüm üçün nəzərdə tutulan planlar müzakirə olunub.
Görüş zamanı UEFA Çempionlar Liqasının cari mövsümündə istifadə olunan və komandanın futbolçuları tərəfindən imzalanmış rəsmi top klub prezidenti Tahir Gözələ təqdim edilib.
Sonda klubun qarşıdakı dövr üçün prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Komandanın beynəlxalq arenadakı rəqabət qabiliyyətinin artırılması, infrastruktur layihələrinin davam etdirilməsi və "Qarabağ"ın dayanıqlı inkişaf modelinin daha da gücləndirilməsi əsas hədəflər kimi müəyyənləşdirilib.
Oxşar xəbərlər
"Qarabağ" rəhbərliyi heyətin gücləndirilməsini və infrastruktur layihələrini müzakirə edib
Medianın İnkişafı Agentliyinin rəhbərliyi "Qarabağ" klubunun qonağı olub
"Qarabağ" rəsmiləri Türkiyənin idman nazirinin müavini ilə görüşüblər
Fatih Terim "Qarabağ" klubunun bazasını ziyarət edib
"Kəpəz" Sloveniya klubu ilə əməkdaşlığa başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Niderland probasiya sahəsində əməkdaşlıq edəcək
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
