Natiq Məmmədli: Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır
Azərbaycana qarşı yönələn müəyyən informasiya mühitini çirkləndirmə hallarının əksəriyyəti insan hüquqları üzərindən edilmiş spekulyasiyalardan ibarətdir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli "İnsan Hüquqları Aylığı" çərçivəsində Hüquq və İnsan Haqları İnstitutunun MEDİA ilə birgə media nümayəndələri üçün "Media və insan hüquqları" mövzusunda keçirilən maarifləndirici məlumat sessiyasında deyib.
Onun sözlərinə görə, insan hüquqları çərçivəsində media nümayəndələri ilə aparılan məlumatlandırma sessiyaları çərçivəsində müsbət dinamika izlənilir:
"İnsan hüquqları priotetdir. Düzdür, bəzi çatışmazlıqlar var, xüsusilə uşaq hüquqları və yeniyetmələrlə bağlı məlumatlarda buna rast gəlinir".
N.Məmmədli bildirib ki, Azərbaycana qarşı yönələn müəyyən təhdidlər, informasiya mühitini çirkləndirmə halları var:
"Əksəriyyəti insan hüquqları üzərindən edilmiş spekulyasiyalardan ibarətdir. Bizim media insan hüquqlarının prinsipini, onun doğru işıqlandırılması işini düzgün qura bilsə, Azərbaycanın beynəlxalq imicinin formalaşmasına da böyük töhfə vermiş olar".
MEDİA rəsmisi Azərbaycanda uşaqların sosial şəbəkələrdəki zərərli informasiyalardan qorunması istiqamətində müzakirəyə çıxarılan qanun layihəsinə toxunub:
"Azərbaycan dövləti öz yeni nəslini sağlam, dövlətçilik əxlaqına, ailə, milli-mənəvi dəyərlərə uyğun olaraq tərbiyə olunmasını istəyir. Bu bizim gələcəyimizdən asılı olan bir məsələdir".
Oxşar xəbərlər
Məhəmməd Quluzadə: Bəzi hallarda xəbər saytlarında insan hüquqları ilə bağlı qaydalar pozulur
İnsan hüquqlarının pozulmasına dair üçüncü media monitorinq hesabatı hazırlanır
Naxçıvanın Ombudsmanı: İqlim dəyişmələri ciddi insan hüquqları problemidir
İsrail BMT-nin İnsan Hüquqları Şurasından çıxır
QAİ rəsmisi BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyasında iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
İranda partlayışlar qeydə alınıb
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
