Daşkəsəndə sel 70-dən çox xırdabuynuzlu heyvanı tələf edib, evlərə ziyan vurub
sizinxeber.az xəbər saytı

Daşkəsəndə sel 70-dən çox xırdabuynuzlu heyvanı tələf edib, evlərə ziyan vurub


Daşkəsəndə güclü sel kənd yollarına və təsərrüfata ziyan vurub.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, təbiət hadisəsi nəticəsində Quşçu kənd sakini Təhməz Rzayevə məxsus 77 baş xırdabuynuzlu heyvan tələf olub.

Hadisə Zəylik kəndi istiqamətinə gedən yolun kənarında yerləşən yataqda baş verib. Bundan başqa sözügedən və digər kəndlərin yollarından da sel keçib.

Bundan başqa sel Gəncə-Daşkəsən yoluna palçıq və çınqıl gətirib. Hazırda yolda aidiyyatı qurumlar tərəfindən iş aparılır, yolun təmizlənməsi həyata keçirilir.

Eyni zamanda sel nəticəsində Quşçu kəndində bir neçə evə və həyətyanı sahəyə su dolub. Hazırda komissiya tərəfindən kəndə dəymiş ziyanla bağlı baxış keçirilir.

Qeyd edək ki, gecə Gəncə şəhəri və ətraf rayonlara ciddi yağış yağıb, sel gəlib.

Oxşar xəbərlər

Daşkəsəndə 200-dən artıq cücə yanıb
Qubada onlarla xırdabuynuzlu heyvan tələf olub
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
Şəkidə güclü yanğın nəticəsində ev sahibinin xırdabunuzlu heyvanları tələf olub
Goranboyda dərmandan zəhərlənmə nəticəsində 64 baş iribuynuzlu heyvan tələf olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər