Dorin Junqetu: Azərbaycan Avropanın enerji bazarı üçün həlledici mənbədir
sizinxeber.az xəbər saytı

Dorin Junqetu: Azərbaycan Avropanın enerji bazarı üçün həlledici mənbədir


Azərbaycan Avropanın enerji bazarı üçün həlledici mənbədir.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Azərbaycana səfərdən qayıdan Moldovanın energetika naziri Dorin Junqetu bildirib.

Nazirin sözlərinə görə, Moldova hazırda xarici enerji asılılığının azaldılması və Avropa enerji bazarına inteqrasiya istiqamətində ciddi transformasiya prosesindən keçir:

"Moldova hazırda xarici enerji asılılığında Avropa bazarına doğru ciddi dəyişikliklər edir. Bu bazarda Azərbaycan həlledici mənbədir. Xüsusilə forum çərçivəsində keçirilən görüşlərdə Moldova olaraq bu məsələyə və Qara dəniz hövzəsində enerji dövriyyəsi mövzusuna xüsusi önəm verdik".

O qeyd edib ki, səfər çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yüksək səviyyəli nümayəndələri ilə görüşlər keçirilib. Onun sözlərinə görə, danışıqlar Moldova ilə Azərbaycan arasında iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi, o cümlədən bərpa olunan enerji və strateji regional layihələr üzrə əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunub.

"SOCAR ilə Moldovanın rəqabətli şərtlərlə neft məhsulları və təbii qazla təchizatı sahəsində əməkdaşlıq perspektivlərini, eləcə də Azərbaycan investisiyalarının ölkənin energetika sektoruna cəlb olunması imkanlarını müzakirə etdik", – nazir bildirib.

D. Junqetu əlavə edib ki, Azərbaycan nümayəndə heyəti ilə görüş zamanı yaşıl enerji sahəsində regional layihələrə də xüsusi diqqət yetirilib.

"Bu çərçivədə bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin Avropa bazarına nəqli üçün nəzərdə tutulan Azərbaycan–Gürcüstan–Rumıniya–Macarıstan Yaşıl Enerji Dəhlizi layihəsini də müzakirə etdik", – o vurğulayıb.

Qeyd edək ki, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Trans-Xəzər Forumunda onlayn formatda çıxışı zamanı bildirib ki, Körfəz bölgəsində və Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır.

Oxşar xəbərlər

Energetika naziri: “Moldova Azərbaycandan qaz idxalında maraqlıdır”
Azərbaycan və Moldova bərpa olunan enerji üzrə əməkdaşlığı müzakirə ediblər
Moldova Azərbaycandan neft məhsulları və təbii qaz idxalında maraqlıdır
Azərbaycan və Moldova bərpa olunan enerji sahəsində əməkdaşlıq edəcək
Dorin Junqiyetu: “Moldova Azərbaycanla birgə bioqaz istehsalında maraqlıdır”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər