"Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovun məhkəmə istintaqı yekunlaşıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror, 3 il dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə, Akif Qurbanov və Ruslan İzzətlinin 16 il, Ələsgər Məmmədli və Əli Zeynalovun 15 il, Ramil Babayev, Müşfiq Cabbarov və İlkin Əmrahovun 14 il, Fərid İsmayılov və Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilmələrini təklif edib.
O, Elmir Abbasovun məhkəmə zalında həbs olunmasını istəyib.
Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş maşınları və evlərinin müsadirə edilərək mülki iddianın təmin edilməsini təklif edib.
Növbəti proses 22 iyuna təyin edilib.
Xatırladaq ki, 2024-cü ilin martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Məmmədli, əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar irəli sürülüb.
Oxşar xəbərlər
Prokuror "Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə cəza tələb edib
"Toplum TV" işi üzrə məhkəmədə ittiham aktının bir hissəsi elan olunub
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib
"Toplum TV" işi üzrə məhkəmə başlayıb
"Toplum TV" işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
"Şamaxı" klubu Həbib İsmayılovla yeni müqavilə bağlayıb
-
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların vəziyyəti yaxşıdır
-
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
-
Rafael Şvartsman: Azərbaycan aviasiya yanacağının təminatı və tədarükü logistikasında üstünlüklərə malikdir
-
İordaniyada hava həyəcanı siqnalları işə düşüb
