Dünya fond bazarlarının əsas indeks göstəriciləri
sizinxeber.az xəbər saytı

Dünya fond bazarlarının əsas indeks göstəriciləri


Qlobal fond bazarlarında əsas indekslər son sutkada əsasən mənfi dinamika nümayiş etdirib.

APA-Economics” xəbər verir ki, ABŞ fond bazarlarında əsas indekslər üzrə eniş müşahidə olunub. Dow Jones indeksi 1,35% azalaraq 50 866,78 bəndə enib. S&P 500 indeksi 2,64% geriləyərək 7 383,74 bənd təşkil edib. Nasdaq Composite indeksi 4,18% azalaraq 25 709,43 bəndə, NYSE Composite indeksi isə 1,34% enərək 23 256,50 bəndə düşüb. Kanada fond bazarında S&P/TSX Composite indeksi də 2,28% azalaraq 34 413,45 bənd olub.

Avropa fond bazarlarında isə qarışıq dinamika qeydə alınıb. Euro Stoxx 50 indeksi 0,68% azalaraq 6 062,07 bəndə düşüb. FTSE 100 indeksi 0,07% artaraq 10 368,05 bəndə yüksəlib. Almaniyanın DAX indeksi 0,75% azalaraq 24 759,05 bənd, Fransanın CAC 40 indeksi 0,32% geriləyərək 8 218,24 bənd təşkil edib. İspaniyanın IBEX 35 indeksi isə 0,38% artaraq 18 344,90 bəndə yüksəlib.

Asiya-Sakit okean regionu fond bazarlarında Nikkei 225 indeksi 1,31% azalaraq 66,588.12 bəndə,TOPIX indeksi 0,07% azalaraq 3,949.09 bəndə, Hang Seng indeksi isə 1,15% azalaraq 24,961.95 bənd enib.

Oxşar xəbərlər

ABŞ və Avropa fond bazarlarında eniş müşahidə olunur - İndekslər
Qlobal fond bazarlarında kəskin eniş müşahidə edilir - İNDEKSLƏR
FED-in qərarından əvvəl ABŞ fond bazarlarında eniş davam edir - İndekslər
Dünya bazarlarının əsas indeks göstəriciləri
Qlobal fond bazarlarında əsas indekslərdə eniş davam edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər