Dağıstanda magistral qaz kəmərində yanğın söndürülüb – YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Dağıstanda magistral qaz kəmərində yanğın söndürülüb – YENİLƏNİB


Dağıstanın Qızılyurd rayonunda "Mozdok-Kazımaqomed" magistral qaz kəmərində partlayışdan sonra baş verən yanğın söndürülüb.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə Baş İdarəsinin mətbuat xidməti xəbər verib.

"Hazırda yanğın söndürülüb. Ölən və ya xəsarət alan yoxdur", - açıqlamada deyilir.

Qeyd olunur ki, qaz kəmərindəki alovun hündürlüyü 15 metrə çatıb. Təhlükəsizlik məqsədilə Nijni Çıryurt və Gelbax kəndlərində ümumilikdə 310 ev təxliyə edilib.

Nazirlik bildirib ki, hazırda partlayışın nəticələrinin aradan qaldırılmasına 12 yanğınsöndürən və üç texnika cəlb olunub.

Dağıstanda Qızılyurdun sənaye zonasındakı qazpaylayıcı stansiyada güclü yanğın olub.

"Sizinxeber.az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə Baş İdarəsindən bildirilib.

"Dağıstanda magistral qaz kəmərində üç partlayış baş verib, daha sonra isə güclü yanğın başlayıb", - məlumatda qeyd olunub.

Sosial şəbəkələrdəki videolardan görünür ki, alov kilometrlərlə uzaqdan müşahidə edilir.

Hadisə yeri əhatəyə alınıb, yaxınlıqdakı evlərin sakinlərinin təxliyəsi məsələsinə baxılır.

Oxşar xəbərlər

Dağıstanda magistral qaz kəmərində güclü yanğın baş verib
Mahaçqalada yanğın baş verib, 200-dən çox insan təxliyə edilib
Dağıstanda güclü yağışlardan sonra 500-dən çox ev su altında qalıb
Dağıstanda yanacaqdoldurma məntəqəsindəki yanğın söndürülüb
Dağıstanda magistral qaz kəmərində üç partlayış baş verib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər