DÇ-2026: Bu gün başlayacaq mundial tarixə yeniliklərlə düşəcək
Bu gün start götürəcək futbol üzrə dünya çempionatı bir sıra yeniliklərlə yadda qalacaq.
"Sizinxeber.az"un məlumatına görə, mundial tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə təşkil olunacaq.
Eyni zamanda, bu, dünya çempionatları tarixində ən çox komandanın iştirak edəcəyi yarış kimi tarixə düşəcək. FIFA-nın qərarına əsasən, DÇ-2026-da əvvəlki turnirlərdə olduğu kimi 32 deyil, 48 milli komanda mübarizə aparacaq. Beləliklə, iştirakçıların sayı 16 komanda artırılıb.
Turnir çərçivəsində rekord sayda - 104 oyun keçiriləcək. Kabo-Verde, Kurasao, İordaniya və Özbəkistan milliləri mundialda debüt edəcəklər.
Mundialın matçları 16 şəhərdə keçiriləcək. Turnirin əsas yükünü ABŞ daşıyacaq. Belə ki, oyunlar adıçəkilən ölkənin 11 şəhərində baş tutacaq. Kanada və Meksika isə müvafiq olaraq hərəyə 2 və 3 şəhərlə mundial atmosferini yaşayacaq.
ABŞ-də oyunlara ev sahibliyi edəcək şəhərlər arasında Houston, Boston Kansas, Nyu-York/Nyu-Cersi, Los-Anceles, Mayami, Dallas, Atlanta, Filadelfiya, Sietl və San-Fransisko kimi nəhəng mərkəzlər yer alır. Kanadada oyunlar Toronto və Vankuverdə, Meksikada isə Mexiko, Qvadalaxara və Monterreydə keçiriləcək.
Meksika və Cənubi Afrika Respublikası komandalarının üz-üzə gələcəyi açılış qarşılaşması Mexikodakı məşhur "Estadio Azteca" stadionunda baş tutacaq. Final qarşılaşması isə ABŞ-nin Nyu-York/Nyu-Cersi bölgəsində yerləşən "MetLife Stadium"da baş tutacaq.
DÇ-2026 həm iştirakçıların sayına, həm oyunların miqyasına, həm də üç ölkəni əhatə edən təşkilatçılığına görə dünya futbolu tarixinin ən böyük çempionatı hesab olunur.
DÇ-2026
A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya
B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina
C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti
D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə
E qrupu: Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao
F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç
G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya
H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde
I qrupu: Fransa, Seneqal, Norveç, İraq
J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası
L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana
Xatırladaq ki, bu gün start götürəcək DÇ-2026 iyulun 19-da başa çatacaq. Mundialın son qalibi 2022-ci ildə Qətərdə təşkil edilən yarışda Argentina millisi olub.
Oxşar xəbərlər
Mundiallar tarixinə ekskurs: 1930-cu ildən başlayan möhtəşəm futbol bayramları - ARAŞDIRMA
DÇ-2026: Bilet satışlarına sentyabrdan etibarən start veriləcək
Futbol üzrə dünya çempionatında rekord sayda hakim fəaliyyət göstərəcək
Bu gün futbol üzrə dünya çempionatı başlayır
Dünya çempionu olmuş məşhur fristayler minifutbol üzrə mundial üçün Bakıya gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BNF-nin tədqiqat layihəsindən əldə olunacaq təcrübənin ölkədə tətbiqini planlaşdırır
-
Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var
-
“AzerGold”da Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
-
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
