Nazir müşaviri: Azərbaycan ABŞ-la süni intellekt sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyaraq süni intellekt, yüksək məhsuldarlıqlı hesablamalar və rəqəmsal innovasiyalar sahələrini əhatə edir.
"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Bakıda keçirilən “Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya” tədbirində deyib.
Onun sözlərinə görə, ABŞ son 30 ildən artıq müddətdə Azərbaycanın ən etibarlı iqtisadi tərəfdaşlarından biri olub və iki ölkə enerji, ticarət və rəqəmsal transformasiya sahələrində güclü əməkdaşlıq bazası formalaşdırıb.
Hüseyn Hüseynov qeyd edib ki, ötən həftə keçirilən Azərbaycan-ABŞ İqtisadi Dialoqu tərəflər arasında yeni əməkdaşlıq imkanlarını bir daha nümayiş etdirib.
Nazirlik rəsmisi bildirib ki, enerji və kritik minerallar sahəsində əməkdaşlığın davam etdirilməsi ilə yanaşı, tərəflər yüksək məhsuldarlıqlı hesablamalar (high-performance computing), süni intellekt, infrastruktur, bulud texnologiyaları və rəqəmsal innovasiyalar üzrə tərəfdaşlığın yeni mərhələsini inkişaf etdirirlər.
Onun sözlərinə görə, “Dell Technologies”, “Oracle”, “Microsoft”, “Amazon” və digər şirkətlərlə əməkdaşlıq Azərbaycan-ABŞ münasibətlərinin ənənəvi investisiya tərəfdaşlığından strateji texnologiya və innovasiya əməkdaşlığına keçdiyini göstərir.
Hüseyn Hüseynov vurğulayıb ki, bu təşəbbüslər ölkədə məhsuldarlığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına, investisiyaların cəlbinə və Azərbaycanın qlobal rəqabət qabiliyyətinin gücləndirilməsinə xidmət edir.
Oxşar xəbərlər
“Philip Morris”: Azərbaycan innovasiyalara əsaslanan iqtisadiyyat qurur
ABŞ nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində 8 milyard dollarlıq sazişlər imzalanıb
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
Azərbaycan Qətərlə iqtisadi əməkdaşlığı genişləndirir
Qətər rəsmisi: Azərbaycanda uğurlu investisiya layihələri yaratmağa çalışırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BNF-nin tədqiqat layihəsindən əldə olunacaq təcrübənin ölkədə tətbiqini planlaşdırır
-
Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var
-
“AzerGold”da Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
-
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
