Sədr: "Ələt Azad İqtisadi Zonası beynəlxalq logistika qovşağı kimi formalaşır"
sizinxeber.az xəbər saytı

Sədr: "Ələt Azad İqtisadi Zonası beynəlxalq logistika qovşağı kimi formalaşır"


Ələt Azad İqtisadi Zonası beynəlxalq logistika qovşağı kimi formalaşır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda Bakıda keçirilən "Technovation" Forumunda bildirib.

"Biz yalnız qonşu ölkələrdə deyil, daha geniş coğrafiyada fəaliyyət göstərən istənilən azad iqtisadi zonadan daha cəlbedici olmağa borcluyuq. Çünki rəqabətədavamlı olmasaq, investorlar niyə məhz Ələt Azad İqtisadi Zonasını seçsinlər? Məhz buna görə də Ələt Azad İqtisadi Zonası üçün xüsusi bir məkan seçilib. Bu ərazi beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində - Şərq–Qərb və Şimal–Cənub marşrutlarının qovşağında, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşir. Bu isə bizə investorlar və müştərilər üçün su, dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə geniş logistik xidmətlər təqdim etmək imkanı yaradır", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Valeh Ələsgərov: “Ələt Azad İqtisadi Zonasında 138 hektar ərazi investorlara təqdim ediləcək”
Ələt Azad İqtisadi Zonasında qida emalı layihələrinə investisiya yatırılması ilə bağlı çağırış edilib
Valeh Ələsgərov: Ələtdə tikilən hava limanından ancaq yükdaşımalarda istifadə olunmayacaq
Valeh Ələsgərov: "Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Ələt Azad İqtisadi Zonasında 138 hektar ərazi investorlara təqdim ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər