“Philip Morris”: Azərbaycan innovasiyalara əsaslanan iqtisadiyyat qurur
sizinxeber.az xəbər saytı

“Philip Morris”: Azərbaycan innovasiyalara əsaslanan iqtisadiyyat qurur


Azərbaycan resurslara əsaslanan iqtisadi modeldən innovasiya və biliklərə söykənən iqtisadiyyata keçidi uğurla davam etdirir.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu Philip Morris International (PMI) şirkətinin MDB ölkələri üzrə Xarici Əlaqələr Direktoru Aleksey Kim Bakıda keçirilən "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" tədbirində deyib.

Onun sözlərinə görə, Azərbaycan son onilliklər ərzində dərin iqtisadi və institusional transformasiya həyata keçirərək bir çox ölkələrin hədəflədiyi inkişaf modelini formalaşdırıb.

Aleksey Kim bildirib ki, ölkənin enerji resursları iqtisadi inkişafın mühüm təməlini təşkil etsə də, enerji sektoru eyni zamanda innovasiyaların və yeni texnologiyaların inkişafına təkan verib.

"Azərbaycan dəyişikliklərə və transformasiyaya açıq olduğunu sözlə deyil, əməli ilə nümayiş etdirib", - deyə o qeyd edib.
PMI rəsmisinin sözlərinə görə, ölkə hazırda resurslarla zəngin iqtisadiyyatdan daha çox şaxələndirilmiş, innovasiya yönümlü və bilik tutumlu iqtisadi modelə keçid strategiyasını həyata keçirir.

O vurğulayıb ki, Azərbaycanın COP29, Bakı Enerji Həftəsi və BMT platformaları çərçivəsində keçirilən beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin qlobal əməkdaşlıq və innovasiya mərkəzi kimi mövqeyini gücləndirir.

Aleksey Kim qeyd edib ki, Azərbaycanda texniki tənzimləmə sahəsində həyata keçirilən islahatlar, biznesin qərar qəbuletmə proseslərinə cəlb olunması, həmçinin süni intellekt və rəqəmsal innovasiyaların təşviqi özəl sektorun inkişafı üçün yeni imkanlar yaradır.

Onun sözlərinə görə, insan kapitalı innovasiya ekosisteminin əsas elementidir və elm, biznes və dövlət qurumları arasında əməkdaşlıq iqtisadi transformasiyanın mühüm şərtlərindən biridir.

PMI nümayəndəsi əlavə edib ki, şirkət hazırda dünyanın 100-dən çox bazarında alternativ tütün məhsulları ilə fəaliyyət göstərir və bu məhsullardan 46 milyon istehlakçı istifadə edir. O bildirib ki, Azərbaycan PMI-nin ənənəvi siqaret məhsulları satmadığı, yalnız alternativ tütün məhsulları təqdim etdiyi azsaylı bazarlardan biridir.

Aleksey Kim vurğulayıb ki, korporativ transformasiya ilə iqtisadi transformasiya bir-birindən ayrılmaz anlayışlardır və davamlı inkişaf üçün uyğun tənzimləyici mühit, şəffaf qaydalar və innovasiyaları təşviq edən siyasətlər mühüm rol oynayır.

Oxşar xəbərlər

Elnur Soltanov: Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə daxil olur
Nazir müşaviri: Azərbaycan ABŞ-la süni intellekt sahəsində əməkdaşlığı genişləndirir
AmCham: Qeyri-müəyyənlik dövründə bizneslər üçün ən vacib amil dayanıqlılıqdır
Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasının yanaşmasına görə bəzən tənqid olunuruq
Nazir: Ölkəmizin yeni iqtisadi modeli enerji ilə deyil, rəqəmsallaşma ilə formalaşır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər