Elmar Qasımov: "Bakı Ali Neft Məktəbində 24 ölkədən əcnəbi tələbə təhsil alır"
sizinxeber.az xəbər saytı

Elmar Qasımov: "Bakı Ali Neft Məktəbində 24 ölkədən əcnəbi tələbə təhsil alır"


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) tədris olunan ixtisaslar qısa müddətdə xarici ölkələrdən olan gənclərin də böyük marağına səbəb olub.

"Sizinxeber.az" xəbər verir ki, bunu ali məktəbin rektoru Elmar Qasımov bildirib.

Onun sözlərinə görə, hazırda BANM-da 24 ölkədən 200 əcnəbi tələbə təhsil alır: "Onlar Özbəkistan, Konqo, Rusiya, Gürcüstan, Somali, Türkiyə, Banqladeş, Qazaxıstan, Hindistan, Pakistan, Çin, Türkmənistan, Yəmən, İraq, Burundi, Çad, Şri-Lanka, Toqo, Qırğızıstan, Sudan, Tanzaniya, Kot-d'İvuar, Müqəddəs Lusiya və Misiri təmsil edirlər".

"BANM ildən-ilə beynəlxalq tələbələrin seçim etdiyi və xarici gəncləri özünə cəlb edən nüfuzlu ali təhsil müəssisəsinə çevrilir, yalnız yüksək keyfiyyətli mühəndis və mütəxəssis hazırlığı ilə deyil, eyni zamanda multikultural və beynəlxalq tələbə mühitinin formalaşdırılması ilə də fərqlənir. Xarici tələbələr universitetin akademik və ictimai həyatında fəal iştirak edir, müxtəlif mədəniyyətlərin qarşılıqlı inteqrasiyasına töhfə verirlər", - deyə rektor əlavə edib.

Oxşar xəbərlər

Türkiyə-Azərbaycan Universitetinə görə BANM-in Xətai korpusu köçürülüb
ADA Universitetində tələbələr üçün yeni ixtisaslar açılacaq, tədris binaları istifadəyə veriləcək
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayında 10 faiz artım olub
Bakı Ali Neft Məktəbinin 11 proqramı beynəlxalq akkreditasiyadan keçib
Türkiyə-Azərbaycan Universitetində 174 tələbə təhsil alır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər