Azərbaycanın strateji valyuta ehtiyatı 88 milyard dolları keçib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2026
11:30
ff aaaaaaa

Azərbaycanın strateji valyuta ehtiyatı 88 milyard dolları keçib

09 in, 2026
11:30
830

Azərbaycanın strateji valyuta ehtiyatı 88 milyard dolları keçib

Bu il iyunun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatı 88,4 milyard ABŞ dollarına çatıb.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Bundan başqa, onun sözlərinə görə, Azərbaycan dünyada dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətinin ən aşağı olan ölkələrdən biridir.

"Bu günə dövlət borcu 24,1 milyard manat və yaxud proqnozlaşdırılan illik ÜDM-in 18,4 %-nə bərabərdir. 2025-ci ilin sonuna isə dövlət borcu 26 milyard manat və yaxud illik ÜDM-in 20,1 %-nə bərabər olub. Bu da 2025-ci ilin əvvəli ilə müqayisədə 1,6 % bəndi azdır. Borc partfelimiz ilin sonuna 17,8 milyard manat daxili dövlət borcu, 8,2 milyard manat isə xarici dövlət borcundan ibarət olub. Xüsusi olaraq vurğulamaq istərdim ki, dövlət borcunun məzənnə və xarici bazar risklərinin həssaslığı bu dövr ərzində azalıb. İstiqrazlarımızın orta ödəmə müddəti il ərzində 2,2 dəfə artıb", - deyə nazir əlavə edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul