Tramp Tehranı hədələdi: "İran darmadağın ediləcək"
Vaşinqtonla razılıq əldə olunmadığı təqdirdə, Birləşmiş Ştatlar iyunun 12-də cümə gününə keçən gecə İranı darmadağın edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalının efirində çıxışı zamanı bildirib.
"Biz sabah gecə onları yerlə yeksan edəcəyik", - deyə o qeyd edib.
"Axios" nəşrinin məlumatına əsasən, Tramp öz administrasiyasının nümayəndələrinə Tehranın danışıqlar prosesində Birləşmiş Ştatlarla uşaq kimi oynadığını söyləyib.
İyunun 11-nə keçən gecə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Amerika ordusunun İrana qarşı əlavə zərbələr endirməyə başladığını məruzə edib. Buna cavab olaraq Tehran Hörmüz boğazının neft tankerləri və ticarət gəmiləri də daxil olmaqla, bütün növ dəniz nəqliyyatının keçidi üçün bağlandığını elan edib. İranın hərbi qüvvələri xəbərdarlıq edib ki, Hörmüzdən keçməyə cəhd edən hər bir gəmi hədəfə alınacaq və boğaza yaxınlaşmaq düşmənlə əməkdaşlıq kimi qiymətləndiriləcək.
Bununla yanaşı, İran rəhbərliyi Yaxın Şərq regionunda ABŞ-nin maraqlarını təmsil edən hədəflərə zərbələr endirməklə Vaşinqtonu hədələyib.
Oxşar xəbərlər
Əraqçi Hörmüz boğazının açıldığını bildirib
Tramp Hörmüz boğazının blokadasını açıqlayıb
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
Tramp: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
ABŞ İranı blokadaya almasından sonra 37 gəminin istiqamətini dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BNF-nin tədqiqat layihəsindən əldə olunacaq təcrübənin ölkədə tətbiqini planlaşdırır
-
Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var
-
“AzerGold”da Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
-
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
